XƏBƏRLƏR
19, Oktyabr
Qadın sablyaçılardan ibarət millimiz Dünya Kubokunda 4-cü yeri tutub!
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Əlcəzairin Oran şəhərində keçirilən Dünya Kuboku...
Federasiya
Azərbaycan Qılıncoynatma Federasiyası 1992-ci il aprelin 28-i yaradılıb. 1992-ci ilin may ayında AQF Beynəlxalq Qılıncoynatma Federasiyasına üzv seçilib.
2017-ci ilin sentyabrın 20-də Azərbaycan Qılıncoynatma Federasiyasının növbədənkənar hesabat-seçki konfransı keçirilib. Milli Olimpiya Komitəsinin inzibati binasında baş tutan yığıncaqda qurumun yeni tərkibi müəyyənləşib.
Qılıncoynatma — qılıncla döyüş fəaliyyətidir. Bu günümüzdə qılıncoynatmanın ən geniş yayılmış versiyası silah kateqoriyalarına görə üç yerə bölünür: rapira, qılınc və şpaqa. Klassik qılıncoynatmada eyni zamanda üç silahdan istifadə edilir.











