Qılıncoynatmanın sablya növü üzrə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən yeniyetmələr arasnda “Riposta Cup” turnirinə yekun vurulub. Zərifə Hüseynova yeniyetmə qız sablyaçıların şəxsi yarışında yekun sıralamada 6-cı olub. Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə bitirən Zərifə qələbə seriyasının davamını pley-offda da gətirib. Yeniyetmə sablyaçımız yarımfinala gedən yolda rumın, fransız, macar və amerikalı rəqiblərinə qalib gəlib….