15 Apr

Çinin Usi şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində üçüncü yarış gününə yekun vurulub.Bu dəfə gənc oğlan və qız sablyaçıların komanda yarışında qaliblər müəyyənləşib. Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət sablya üzrə millimiz ilk görüşdə Polşa yığmasına 41:45 hesabı ilə məğlub olaraq mübarizəni erkən dayandırıb. Oğlan sablyaçılarımız ümumi sıralamada…

31 Mar

Misirin paytaxtı Qahirə şəhərində qılıncoynatmanın sablya növü üzrə qadın qıılıncoynadanlar arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub. Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət qadın sablyaçılardan ibarət millimiz komanda yarışında 12-ci olub. İlk görüşündə Hindistan yığmasını 45:29 hesabı ilə məğlub edən sablyaçılarımız ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Yaponiya seçmə kollektivinə 35:45 hesab…

09 Mar

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Yunanıstanın Heraklion şəhərində keçirilən Dünya Kubokunda 4-cü olub! Mübarizəyə 1/16 finaldan başlayan millimiz ilk görüşündə Sinqapur yığmasına 45:32 hesabı ilə qalib gəlib. Anna Başta, Zərifə Hüseynova, Palina Kaspiaroviç və Səbinə Kərimovadan ibarət kollektiv ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Macarıstan seçmə kollektivini 45:43 hesab ilə məğlub…

03 Mar

Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə gənclərin Avropa birinciliyinə yekun vurulub. Son yarış günündə şpaqa qızların və sablya oğlanların komanda yarışında qaliblər müəyyənləşib. Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət millimiz komanda yarışında 8-ci olub. İlk görüşündə İspaniya yığmasına 45:42 hesabı ilə qalib gələn millimiz ən güclü səkkizlikdə turnirin gümüş medalçısı Fransa…

01 Mar

Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə gənclərin Avropa birinciliyində şpaqa oğlanlar və sablya qızların komanda yarışında qaliblər müəyyənləşib. Vahab Fətullayev, Oruc Misirzadə, Emin Səfərbəyov və Səid Əliyevdən ibarət şpaqa üzrə millimiz ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən qarşılaşmada Norveç yığmasına 34:45 hesabı ilə uduzub. Valentina Zeynalova, Leyla Əhmədova, Zərifə Hüseynova və Fərəh Abasovadan ibarət sablya…