Yeniyetmə şpaqaçılarımız Almaniyanın Haydenhaym şəhərində keçirilən “European Cadet Circuit” çərçivəsində “Hartmann Cup” turnirində iştirak edib. Qız şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Nazilə Rəhimova turnirin 1/32 finalına kimi irəliləməyi bacarıb. İlk pley-off görüşündə ukraynalı rəqibi Ustina Ohona 15:8 hesabı ilə qalib gələn Nazilə, növbəti görüşündə polşalı Sesilia Sieslikə 6:15 hesabı ilə…

