Perunun paytaxtı Lima şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə qadınların Dünya Kubokuna yekun vurulub. Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət millimiz komanda yarışında yekun sıralamada 24 ölkə arasında 6-cı olub. İlk görüşdə Kolumbiya yığmasına 45:27 hesabı ilə qalib gələn qadın sablyaçılarımız, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin reytinq favoritlərindən…

