Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında qılıncoynatmanın sablya növü üzrə gənc oğlanların şəxsi yarışında qaliblər müəyyənləşib. Murad Əkbərov (4 qələbə), Maqsud Hüseynli (3 qələbə) və Saleh Məmmədov (3 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. Qrup mərhələsində qələbələrin sayına görə birbaşa 32-liyə yüksələn Murad bu mərhələdə polşalı Benedikt Denkieviçzə 15:13 hesabı…