Gürcüstanın Tbilisi şəhərində qılıncoynatmanın sablya növü üzrə yeniyetmələr arasında “European CC Tbilisi-2025” beynəlxalq turnirinə yekun vurulub. Züleyxa Sultanlı, Ayan Ağasıyeva və Cahan Sadxovadan ibarət sablyaçılarımız komanda yarışında birinci yerlə layiq görülüb. Komandamız finalda Gürcüstan yığmasına 45:37 hesabı ilə qalib gəlib. Qız sablyaçıların şəxsi yarışında Züleyxa Sultanlı ikinci, Ayan Ağasıyeva isə üçüncü olub. Yeniyetmə oğlan sablyaçıların…

