Şpaqa üzrə milli komandamızın üzvləri Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən gənclərin Dünya Kubokunun mərhələ yarışında iştirak edib. Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Barat Quliyev bu nəticə sayəsində birbaşa ən güclü 64-lüyə yüksəlib. Şpaqaçımız bu mərhələdə ukraynalı Roman Samoilova 8:15 hesabı ilə uduzub. Qrup mərhələsini 2 qələbə ilə başa vuran…

