Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyinə yekun vurulub. Abbas Hüseynov, Zərifə Hüseynova və Vahab Fətullayev bürünc medalın bir addımlığında mübarizəni dayandırıb. Abbas Hüseynov qılıncoynatmanın sablya növündə yeniyetmə oğlanların şəxsi yarışında 1/4 finala kimi irəliləyərək 80 iştirakçı arasında turniri 6-cı sırada bitirib. Zərifə Hüseynova isə gənc sablyaçı qızların şəxsi yarışında…

