Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub. Son yarış günündə qadın sablyaçıların komanda yarışında ən güclü 8-liyə yüksələn Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət kollektiv yarımfinala yüksəlmək uğrunda Fransa millisi ilə qarşılaşıb. Rəqibinə 25:45 hesabı ilə məğlub olan yığmamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə ABŞ…