Ötən gün sablyada gənc oğlan və qızlar arasında komanda yarışına yekun vurulub. Zərifə Hüseynova, Fərəh Abbasova və Fidan Quliyevanın təmsil olunduğu komanda dünya çempionatında yarmfinala kimi irəliləyən Bolqarıstan yığmasına 39:45 hesabı ilə uduzub. Xatırladaq ki, Zərifə Hüseynova daha öncə yeniyetmə qız sablyaçıların şəxsi yarışında gümüş medal qazanıb. Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev və Saleh…