
Azərbaycan Qılıncoynatma Federasiyası
Azərbaycan Qılıncoynatma Federasiyası 1992-ci il aprelin 28-i yaradılıb. 1992-ci ilin may ayında AQF Beynəlxalq Qılıncoynatma Federasiyasına üzv seçilib.
2017-ci ilin sentyabrın 20-də Azərbaycan Qılıncoynatma Federasiyasının növbədənkənar hesabat-seçki konfransı keçirilib. Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən konfransda Mikayıl Cabbarov qurumun prezidenti seçilib. 2021-ci il 20 noyabrda Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən ümumi yığıncaqda Balakişi Qasımov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib.
-
Federasiyanın vitse-prezidentləri Fikrət Zeynalov və Fərhad Kasimov, baş katib Vasif Məmmədovdur.
-
Qılıncoynatma üzrə milli komandanın baş məşqçisi Çingiz Mustafayevdir.