AZ
RU
EN
XƏBƏRLƏR
02 Fevral 2021
Ruslan Həsənov gümüş medal qazandı

Şpaqa üzrə milli komandamızın üzvü Ruslan Həsənov Kiyevdə Ukraynanın olimpiya çempionu Qriqoriy Krissin şərəfinə keçirilən 23 yaşadək şpaqaçıların açıq turnirində çıxış edib.

Qrup mərhələsində keçirdiyi bütün görüşləri qalib başa vuran Ruslan 1/32 finalda İlya Rusinı (15:4) ardınca Valeriy Buksarı (15:4) məğlub edib.1/8 finalda Boqdan Kirdaya 15:11 hesabı ilə qalib gələn şpaqaçımız 1/4-də Vitaliy Svistılı eyni hesabla məğlub edib. Yarımfinalda Dmitro Mikitenko üzərində 15:11 hesablı qələbə qazanan Ruslan Həsənov finalda Nikita Koşmana 14:15 hesabı ilə uduzub.Şpaqaçımız 90-dan çox iştirakçının qatıldığı turnirdə 2-ci olub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: