AZ
RU
EN
XƏBƏRLƏR
25 Yanvar 2021
Anna Başta Ümumrusiya açıq turnirində qızıl medal qazanıb

Sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anna Başta Rusiyanın Novoqorsk şəhərində yerləşən İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində keçirilən sablyaçıların Ümumrusiya açıq turnirində qızıl medal qazanıb.

Qrup mərhələsində keçirdiyi 5 görüşdən 4-nü qalib başa vuran Anna birbaşa 1/16 finala vəsiqə qazanıb.Bu mərhələdə Alina Klyuçnikovanı 15:10 hesabı ilə məğlub edən Başta növbəti mərhələdə Anastasiya Bajenovaya 15:14 hesabı ilə qalib gəlib.1/4 finalda Yevgeniya Karbolinanı eyni hesabla məğlub edən qılıncoynadanımız yarımfinalda Anna Simirnovanı 15:10 hesabı ilə üstələyib.Anna Başta finalda Alina Mixaylova üzərində 15:5 hesablı qələbə qazanaraq turniri qalib başa vurub.
Qrup mərhələsində keçirdiyi bütün görüşləri qalib bitirən Valeriya Bolşakova isə 1/16 finalda Anastasiya Koçetovaya 14:15 hesabı ilə uduzub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: