AZ
RU
EN
XƏBƏRLƏR
09 Mart 2021
Qadın sablyaçılarımız Dünya Kubokunda iştirak edəcək

Sablya üzrə qadınlardan ibarət milli komandamız 11-14 martda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək.

Anna Başta,Səbinə Kərimova,Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət qadın sablyaçılarımız həm şəxsi,həm də komanda yarışında çıxış edəcək.Yarış iştirakçıları martın 10-u koronavirus testindən keçiriləcək və nəticələr 12 saat ərzində açıqlanacaq.Martın 12-də qadın sablyaçılar arasında təsnifat görüşləri keçiriləcək.Bir gün sonra şəxsi yarışda qaliblərin adlarına aydınlıq gələcək.Turnirin sonuncu yarış günü martın 14-də həm qadın,həm də kişi sablyaçılar arasında komanda yarışları təşkil olunacaq.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: