AZ
RU
EN
XƏBƏRLƏR
12 Mart 2021
Anna Başta və Valeriya Bolşakova Dünya Kubokunun əsas mərhələsinə yüksəldi

Sablya üzrə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Dünya Kubokunda qadın iştirakçıların şəxsi yarışında təsnifat mərhələsinin görüşləri keçirilib.

Təmsilçilərimizdən qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-i qalib başa vuran Anna Başta birbaşa turnirin əsas mərhələsinə vəsiqə qazanıb.Anna Başta 1/32 finalda macarıstanlı Kira Keszei ilə qarşılaşacaq.
Qrupda keçirdiyi 5 görüşdən 3-dən qalib ayrılan Valeriya Bolşakova sabah keçiriləcək əsas mərhələyə yüksəlib.Valeriya təsnifat mərhələsinin pley-offunda Gürcüstan sablyaçısı Teodara Kakhiani (15:9) və İspaniya təmsilçisi Mariya Venturanı (15:5) mübarizədən kənarlaşdırıb.Valeriya 1/32 finalda Rusiya qılıncoynadanı Olqa Nikitina ilə üz-üzə gələcək.Qrup mərhələsini 3 qələbə ilə başa vuran Sevil Bünyatova və Səbinə Kərimova isə təsnifat mərhələsinin pley-offunda mübarizəni dayandırıb.Sevil Türkiyə təmsilçisi İrina Şçuka 13:15 hesabı ilə uduzub.Səbinə Kərimova isə fransalı Marqaux Rifkissə 10:15 hesabı ilə məğlub olub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: