AZ
RU
EN
XƏBƏRLƏR
09 Aprel 2021
Şpaqaçılarımız gənclərin dünya birinciliyində şəxsi yarışda çıxış edib

Bu gün Misirin paytaxtı Qahirədə gənclər arasında şpaqa üzrə şəxsi yarışda qaliblər müəyyənləşib.

 
Qrup mərhələsində keçirdiyi bütün görüşləri (6 qələbə) qalib başa vuran Xalid Əliyev pley-off mərhələsində keçirdiyi ilk görüşdə finlandiyalı Akseli Heinama üzərində 15:12 hesablı qələbə qazanıb.Xalid 1/16 finalda çilili şpaqaçı Xorxe Valderramaya 12:15 hesabı ilə uduzub.
Qrup mərhələsində 5 qələbə qazanan Ruslan Həsənov pley-offda lüksemburlu Filip Zensi 15:8 hesabı ilə məğlub etsə də növbəti görüşündə polşalı Piotr Urbana 11:13 hesabı ilə məğlub olub.
Qrupu 3 qələbə ilə bitirən Fərrux Səfərov pley-offda koreyalı idmançı Jihyun Hvanqa 9:15 hesabı ilə uduzub.
Qrupda qazanılan 3 qələbə sayəsində pley-offa yüksələn Barat Quliyev isə bu mərhələdə Məhəmməd Elsayedə 5:15 hesabı ilə məğlub olub.
Qrup mərhələsində 3 qələbəsi olan Nazilə Rəhimova pley-offda keçirdiyi ilk görüşdə portuqaliyalı şpaqaçı Sofia Tropaya 15:14 hesabı ilə qalib gələn Nazilə növbəti görüşündə dünya birinciliyinin bürünc mükafatçısı, ukraynalı Anastasiya Zelentsovaya 9:15 hesabı ilə məğlub olub.
Qrupda 2 qələbə qazanan Azərin İdriszadə pley-offda misirli Aya Husseinə 11:15 hesabı ilə uduzub.
Qrupda 1 qələbəsi olan Alfiya Abdiova isə mübarizəni erkən dayandırıb.
Nazilə Rəhimova,Azərin İdriszadə, Alfiya Abdinova və Fuad Qurbanov sabah yeniyetmə şpaqaçıların şəxsi yarışında qüvvəsini sınayacaq.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: