10 Fev

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edir. Bu gün qadın sablyaçıların şəxsi yarışında təsnifat mərhələsinə yekun vurulub. Dünya reytiqində 1-ci srada qərarlaşan Anna Başta mübarizəyə əsas mərhələdən başlayacaq. Digər sablyaçılarımızdan Səbinə Kərimova və Zərifə Hüseynova da əsas mərhələyə yüksəlməyi bacarıb. Qrupda 4 qələbəsi…

07 Fev

Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatmanın sablya növü üzrə gənclər arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub. Murad Əkbərov (4 qələbə), Maqsud Hüseynli (4 qələbə), Ayxan Xasıyev (3 qələbə) və Saleh Məmmədov (2 qələbə) qrup mərhələsini uğurla adlayıb. Təmsilçilərimizdən pley-offda 64-lüyə yüksəlməyi Murad Əkbərov və Maqsud Hüseynli bacarıb.Murad bu mərhələdə rumın, Maqsud isə italyna rəqibinə məğlub olub….

06 Fev

Türkiyənin İstanbul şəhərində qılıncoynatmanın şpaqa növü üzrə gənclər arasında Dünya Kubokunda mərhələ yarışına yekun vurulub. Təmsilçilərimizdən qız şpaqaçıların şəxsi yarışında yalnız Nazilə Rəhimova pley-offa yüksəlməyi bacarıb. Qrupda 3 qələbəsi olan Nazilə pley-offda fransalı Elea Jouveyə 10:15 hesabı ilə uduzub. Xədicə Həsənli və Azərin İdriszadə isə qrup mərhələsini adlaya bilməyib. Qızların komanda yarışında ilk görüşdə Honkonqa…

29 Yan

Qılıncoynatmanın sablya növü üzrə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən yeniyetmələr arasnda “Riposta Cup” turnirinə yekun vurulub. Zərifə Hüseynova yeniyetmə qız sablyaçıların şəxsi yarışında yekun sıralamada 6-cı olub. Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə bitirən Zərifə qələbə seriyasının davamını pley-offda da gətirib. Yeniyetmə sablyaçımız yarımfinala gedən yolda rumın, fransız, macar və amerikalı rəqiblərinə qalib gəlib….

29 Yan

Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmə idmançılarımız Yunanıstanın Saloniki şəhərində keçirilən “Thessaloniki Europcup” turnirində iştirak edib. 17 yaşadək qız şpaqaçıların şəxsi yarışında Xədicə Həsənli ən güclü 8-liyə kimi irəliləməyi bacarıb. Qrupda 3 qələbəsi olan Xədicə pley-offda keçirdiyi görüşlərdə Türkiyə, Ukrayna və İsraili təmsil edən rəqiblərinə qalib gələrək turnirin ən güclü 8 qız şpaqaçısı sırasına yüksəlməyi bacarıb….

29 Yan

Qılıncoynatmanın şpaqa növü üzrə milli komandamızın üzvü Ruslan Həsənov Qətərin paytaxtı Dohada keçirilən Qran-Pri yarışında iştirak edib. Təsnifat mərhələsində qrup səddini uğurla adlayan Ruslan əsas mərhələ yüksəlmək uğrunda keçirilən ilk pley-off görüşündə koreyalı rəqibi Yanq Minhyeoka 15:12 hesabı ilə qalib gəlib. Ardınca Sinqapur idmançısı Tan Yun Kaini eyni hesabla mübarizədən kənarlaşdıran şpaqaçımız 64-lüyə yüksəlmək uğrunda…

11 Dek

Fransanın Orlean şəhərində qılıncoynatmanın sablya növü üzrə Qran-Pri yarışı keçirilib. Turnirin reytinq favoritlərindən sayılan Anna Başta mübarizəyə əsas mərhələdən başlayıb. İlk görüşündə Qazaxıstan təmsilçisi Tatyana Prixodkoya 15:11 hesabı ilə qalib gələn Anna növbəti görüşündə fransalı rəqibi Faustin Klapieri 15:12 hesabı ilə məğlub edib. Qılıncoynadanımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər Fransa sablyaçısı Anne…

27 Noy

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) 100-cü Konqresi keçirilib. Konqres çərçivəsində cari mövsüm 2 Dünya Kubokunun və 1 Qran-prinin mərhələ yarışının qalibi, son Avropa çempionu, dünya çempionatının finalçısı olan Anna Baştaya qadın sablyaçıların şəxsi mübarizəsində dünya reytinqinin 1 nömrəsi olaraq xüsusi mükafat təqdim olunub. Daha öncə bu titula Yelena Jemayeva layiq görülüb. Azərbaycan Qılıncoynatma…

21 Noy

Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Zərifə Hüseynova Boqarıstanın Sofiya şəhərində keçirilən “Etropolski” turnirində qızıl medal qazanıb. Qrupda keçirdiyi 6 görüşü mütləq nəticə ilə başa Zərifə, finala gedən yolda Böyük Britaniya, Macarıstan,Yunanıstan,Türkiyə və Polşanı təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Bolqarıstan sablyaçısı Mariela Georgievanı 15:11 hesabı ilə məğlub edərək…

19 Noy

Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Abbas Hüseynov Bolqarıstanın Sofiya şəhərində keçirilən “Etropolski” turnirində qızıl medal qazanıb. 14 yaşadək yeniyetmə oğlanların yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Abbas finala gedən yolda ispan Qabriel Suarez (15:3), yunan Kristos Karamitsos (15:12) və bolqar Konstantin İvanovu (15:10) məğlub edib. Abbas ən güclü 4-lüyə…