18 Dek

Yeniyetmə qılıncoynadanlar arasında Bakı birinciliyinə yekun vurulub. Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən turnirdə sablya, şpaqa və rapira üzrə 2005-2009 təvəllüdlü oğlan və qızlar arasında qaliblər müəyyənləşib. Sablya.Oğlanlar (16 iştirakçı) – 1.Ayxan Xasıyev,2.Abbas Hüseynov,3.Rəsul Əliyev,Murad Muradov. Sablya.Qızlar (20 iştirakçı) – 1.Fidan Quliyeva,2.Telli Cəfərova,3.Alla Həsənova,Təranə Məmmədli. Şpaqa.Oğlanlar (23 iştirakçı) – 1.Raul Aruslanov,2.Səid Əliyev,3.Orxan Həsənli,Mirxətai Məmmədov. Şpaqa.Qızlar…

12 Dek

Şpaqa üzrə milli komandamızın üzvləri Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən gənclərin Dünya Kubokunun mərhələ yarışında iştirak edib. Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Barat Quliyev bu nəticə sayəsində birbaşa ən güclü 64-lüyə yüksəlib. Şpaqaçımız bu mərhələdə ukraynalı Roman Samoilova 8:15 hesabı ilə uduzub. Qrup mərhələsini 2 qələbə ilə başa vuran…

12 Dek

Sablya üzrə milli komandamızın üzvləri Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən gənclərin Dünya Kubokunun mərhələ yarışında çıxışını başa vurub. Kişi sablyaçıların şəxsi yarışında Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədov qrup mərhələsini 2 qələbə ilə başa vurub. Təmsilçilərimizdən Murad Əkbərov və Maqsud Hüseynli əlavə göstəricilər nəzərə alınaraq pley-offa yüksəlməyi bacarıb. Saleh Məmmədov isə mübarizəni erkən dayandarıb….

10 Dek

Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) Azərbaycan milli komandasının məşqçisi Cahangir Səfərovun vəfatı ilə əlaqədar yazı hazırlayıb. FIE-nin rəsmi saytında yerləşdirilmiş yazıda 53 yaşlı mütəxəssisin həm də hakim olduğu vurğulanıb. Onun qılıncoynatma ilə 10 yaşından məşğul olmağa başladığı, dəfələrlə SSRİ çempionatlarının mükafatçısı, dünya və Avropa çempionatlarının iştirakçısı, SSRİ idman ustası olduğu xatırladılıb. Bildirilib ki, 2001-ci ildə Azərbaycan…

27 Noy

Alişer Usmanov İsveçrənin Lozanna şəhərində keçirilən hesabat seçki konqresində növbəti 4 il müddətinə Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti seçilib. Keçmiş sablyaçı olan Alişer Usmanov ilk dəfə 2008-ci ildə quruma prezident seçillib. Usmanov daha öncə Rusiya Qılıncoynatma Federasiyasının və Avropa Qılıncoynatma Konfederasiyasının prezidenti olub. Ümumdünya qılıncoynatma ailəsinin dəstəyilə yenidən Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsindən qürur duyduğunu…

22 Noy

Yeniyetmə qız şpaqaçılarımız Fransanın Qrenobl şəhərində “Cadet Circuit” çərçivəsində keçirilən növbəti turnirdə qüvvəsini sınayıb. Qız şpaqaçıların şəxsi yarışında ən yaxşı göstərici Nazilə Rəhimovaya məxsusdur. Qrup mərhələsini 2 qələbə ilə başa vuran Nazilə 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə italiyalı Kostanza Qreqqini 15:11 hesabı ilə məğlub edib. Növbəti görüşdə Almaniya təmsilçisi Mariella Tomikə 15:10 hesabı ilə qalib…

22 Noy

Kişi şpaqaçılardan ibarət milli komandamızın üzvləri İsveçrənin Bern şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışını başa vurub. Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Fərrux Səfərov 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçrəli Lukas Malkottini 15:9 hesabı ilə məğlub edib. Səfərov növbəti görüşündə ABŞ şpaqaçısı Alen Hadziçə 10:15 hesabı ilə uduzub. Qrupda…

20 Noy

Noyabrın 20-də Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib. Toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri və məşqçi heyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq…

15 Noy

Yeniyetmə oğlan sablyaçılarımız Türkiyənin İstanbul şəhərində keçirilən “Yıldızlar Kılıç Circuit” turnirində iştirak edib. Təmsilçilərimizdən Ayxan Xasiyev, Nurlan Zeynallı və Murad Muradov qrup mərhələsini uğurla başa vuraraq pley-offa adlayıb.Ən güclü 16 sablyaçı sırasına yüksəlməyi bacaran Ayxan Xasıyev pley-offda keçirilən görüşlərdə Türkiyə və Yunanıstanı təmsil edən rəqiblərinə qalib gəlsə də 1/8 finalda türkiyəli Enes Talha Kalenderə 6:15…

15 Noy

Yeniyetmə qız sablyaçılarımız Türkiyənin İstanbul şəhərində keçirilən “Yıldızlar Kılıç Circuit” turnirində iştirak edib. Sablyaçılarımızdan dünya birinciliyinin mükafatçısı Zərifə Hüseynova qız sablyaçıların şəxsi yarışında bürünc medal qazanıb. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə Hüseynova pley-offda Türkiyə və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələrək ən güclü 8-liyə yüksəlib. Burada türkiyəli sablyaçı Gökce Sena Üstünə 10:15…