14 Noy

Sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Fransanın Orlean şəhərində keçirilən Qran-pri turnirində çıxışını başa vurub. Təmsilçilərimizdən qadın sablyaçıların şəxsi yarışında ən yaxşı göstərici Anna Baştaya məxsusdur. Turnirin 16 ən yüksək reytinqə malik qadın sablyaçıları sırasında qərarlaşan Anna mübarizəyə əsas mərhələdən 64 idmançı arasında keçirilən 1/32 final mərhələsindən başlayıb. Bu mərhələdə Annanın rəqibi digər qadın…

01 Noy

Yeniyetmə şpaqaçılarımız Almaniyanın Haydenhaym şəhərində keçirilən “European Cadet Circuit” çərçivəsində “Hartmann Cup” turnirində iştirak edib. Qız şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Nazilə Rəhimova turnirin 1/32 finalına kimi irəliləməyi bacarıb. İlk pley-off görüşündə ukraynalı rəqibi Ustina Ohona 15:8 hesabı ilə qalib gələn Nazilə, növbəti görüşündə polşalı Sesilia Sieslikə 6:15 hesabı ilə…

24 Okt

Yeniyetmə şpaqaçımız Xədicə Həsənli Serbiyanın paytaxtı Belqradda keçirilən “European Cadet Circuit” beynəlxalq turnirində qız şpaqaçıların şəxsi yarışında 165-dən çox iştirakçı arasında 8-ci olub. Qrup mərhələsini uğurla adlyan Xədicə ilk pley-off görüşündə qrupu 5 qələbə ilə başa vuran digər şpaqaçımız Nazilə Rəhimova ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüş Xədicənin 15:14 hesablı qələbəsi ilə…

26 İyl

Sablya üzrə milli komandamızın üzvü Anna Başta Tokioda keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub. İlk görüşündə ABŞ təmsilçisi Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbə qazanan Anna olimpiadanın ən güclü 16 qadın sablyaçısı sırasına yüksəlib. Sablyaçımız növbəti görüşünü rusiyalı Olqa Nikitinaya qarşı keçirib. Başta rəqibinə 13:15 hesabı ilə uduzub.

25 Apr

Sablyaçımız bu şərəfə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində nail olub. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Anna ardınca pley-off mərhələsində də məğlubiyyətsiz irəliləyib. Anna bu mərhələdə keçirdiyi görüşlərdə yüksək əzmkarlıq nümayiş etdirirək parlaq çıxışla yadda qalıb. Başta pley-offun ilk görüşündə İspaniya təmsilçisi Arakelli Navarra ilə qarşılaşıb. Gərginliyi ilə…

11 Apr

Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya birinciliyinin sonuncu günündə gənc şpaqaçıların komanda yarışına yekun vurulub. Nazilə Rəhimova, Azərin İdriszadə və Alfiya Abdinovadan ibarət komandamız Kolumbiya şpaqaçılarına 25:45 hesabı ilə uduzub. Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət kollektiv isə Argentina komandasına 42:45 hesabı ilə məğlub olub.

10 Apr

Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya birinciliyində yeniyetmə şpaqaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. Təmsilçilərimizdən qrup mərhələsini 2 qələbə ilə bitirən Nazilə Rəhimova və Azərin İdriszadə pley-offa yüksəlməyi bacarıb. Nazilə pley-offda özbəkistanlı şpaqaçı Şaxzoda Egamberdiyeva (11:15), Azərin İdriszadə isə yunan idmançı Andriana Teodoropoluya (10:15) uduzub. Qrup mərhələsini qələbəbsiz başa vuran Alfiya Abdinova və hesabında…

09 Apr

Bu gün Misirin paytaxtı Qahirədə gənclər arasında şpaqa üzrə şəxsi yarışda qaliblər müəyyənləşib. Qrup mərhələsində keçirdiyi bütün görüşləri (6 qələbə) qalib başa vuran Xalid Əliyev pley-off mərhələsində keçirdiyi ilk görüşdə finlandiyalı Akseli Heinama üzərində 15:12 hesablı qələbə qazanıb.Xalid 1/16 finalda çilili şpaqaçı Xorxe Valderramaya 12:15 hesabı ilə uduzub. Qrup mərhələsində 5 qələbə qazanan Ruslan Həsənov…

05 Apr

Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində gənclər arasında sablya üzrə komanda yarışında qaliblər müəyyənləşib. Murad Əkbərov,Saleh Məmmədov və Maqsud Hüseynlidən ibarət komandamız ilk görüşündə Braziliya komandasına 45:39 hesabı ilə qalib gəlib. Ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Ukraynanı təmsil edən kollektivə 39:45 hesabı ilə uduzan kişi…

04 Apr

Bu gün Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində ikinci yarış gününə yekun vurulub.Sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə 1/16 finalda Misir təmsilçisi Adel Eldokş (15:8) ardınca özbəkistanlı sablyaçı Jasmina Abdullayevanı (15:11)…