15 May

Gürcüstanın Batumi şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub. Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət yığmamız komanda yarışında 8-ci olub. İlk görüşdə Gürcüstan seçmə kollektivinə 45:27 hesabı ilə qalib gələn qadın sablyaçılarımız növbəti görüşdə Almaniya millisini 45:43 hesabı ilə məğlub edərək ən güclü 8-liyə…

01 May

Cənubi Koreyanın paytaxtı Seul şəhərində qılıncoynatmanın sablya növü üzrə şəxsi yarışda Qran Pri turnirinə yekun vurulub. Qadın sablyaçılarımızdan ən güclü 8-liyə yüksələn Anna Başta yekun sıralamada 150-dən çox iştirakçı arasında 5-ci olub. Mübarizəyə əsas mərhələdən başlayan Anna Türkiyə təmsilçisi İrina Şçukla (15:8), Palina Kapiaroviç (15:6) və çinli Kim Jiyeona (15:9) qalib gələrək ən güclü 8-liyə…

05 Apr

Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında çıxış edən Azərbaycan sablyaçıları Vətənə qayıdıb. İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, federasiya rəsmiləri, jurnalistlər, ictimaiyyət nümayəndələri qarşılayıblar. Qılıncoynatmanın sablya növü üzrə dünya çempionatında gümüş medal qazanan Zərifə Hüseynova yarışla bağlı təəssüratlarını bölüşüb. “Bu yarışda yarımfinal görüşü mənimçün çətin oldu. Əvvəlcə uduzsam…

04 Apr

Ötən gün sablyada gənc oğlan və qızlar arasında komanda yarışına yekun vurulub. Zərifə Hüseynova, Fərəh Abbasova və Fidan Quliyevanın təmsil olunduğu komanda dünya çempionatında yarmfinala kimi irəliləyən Bolqarıstan yığmasına 39:45 hesabı ilə uduzub. Xatırladaq ki, Zərifə Hüseynova daha öncə yeniyetmə qız sablyaçıların şəxsi yarışında gümüş medal qazanıb. Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev və Saleh…

02 Apr

Qılıncoynatmanın sablya növündə yeniyetmə idmançımız Zərifə Hüseynova Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında gümüş medal qazanıb! Dünya çempionatının ikinci yarış günündə yeniyetmə oğlan və qız sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib. Qrup mərhələsini 5 qələbə ilə bitirən Zərifə yarımfinala gedən yolda Bolqarıstan, Koreya Respublikası, İtaliya və Macarıstanı təmsil edən sablyaçılara qalib gələrək ən…

27 Feb

Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında qılıncoynatmanın sablya növü üzrə gənc oğlanların şəxsi yarışında qaliblər müəyyənləşib. Murad Əkbərov (4 qələbə), Maqsud Hüseynli (3 qələbə) və Saleh Məmmədov (3 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. Qrup mərhələsində qələbələrin sayına görə birbaşa 32-liyə yüksələn Murad bu mərhələdə polşalı Benedikt Denkieviçzə 15:13 hesabı…

26 Feb

Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında gənc qılıncoynadanların şəxsi yarışda mübarizəsinə start verilib. Gənc qız sablyaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Zərifə Hüseynova bu nəticə ilə birbaşa 32-liyə yüksəlib. Bu mərhələdə Rumıniya təmsilçisi Dumitru Catincaya 15:13 hesabı ilə qalib gələn qılıncoynadanamız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən…

24 Feb

Estoniyanın paytaxtı Tallin şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa çempionatında yeniyetmələrin mübarizəsinə yekun vurulub. Yeniyetmə qız sablyaçıların komanda yarışında Zərifə Hüseynova,Fərəh Abbasova,Fidan Quliyeva və Valentina Zeynalovadan ibarət millimiz ilk görüşündə Yunanıstan seçmə kollektivinə 45:36 hesabı ilə qalib gəlib. Yığmamız yarmfinala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Rumıniya komandasına 31:45 hesabı ilə məğlub olub. Yeniyetmə…

22 Feb

Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatının ikinci yarış günündə yeniyetmə qız şpaqaçılar və yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. Yeniyetmə qız şpaqaçıların şəxsi yarışında qrup mərhələsini uğurla adlayan Xədicə Həsənli 64-lüyə yüksəlmək uğrunda keçirilən ilk pley-off görüşündə ukraynalı Ustina Ohona 11:15 hesabı ilə uduzub. Nəzrin Mehdiyeva, Xatun Bayramova və Aynur…

21 Feb

Estoniyanın paytaxtı Tallin şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa çempionatına start verilib. İlk yarış günündə yeniyetmə qız sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. Qılıncoynatmanın sablya növündə yeniyetmə qızların şəxsi yarışında ölkəmizi Zərifə Hüseynova, Fidan Quliyeva, Fərəh Abbasova və Valentina Zeynalova təmsil edib. 2 il öncə Misirin paytaxtı Qahirə şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında…