Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatının ikinci yarış günündə yeniyetmə qız şpaqaçılar və yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. Yeniyetmə qız şpaqaçıların şəxsi yarışında qrup mərhələsini uğurla adlayan Xədicə Həsənli 64-lüyə yüksəlmək uğrunda keçirilən ilk pley-off görüşündə ukraynalı Ustina Ohona 11:15 hesabı ilə uduzub. Nəzrin Mehdiyeva, Xatun Bayramova və Aynur…

