Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyinin ikinci yarış günündə qılıncoynatmanın sablya növü üzrə yeniyetmə oğlan və qızların şəxsi mübarizəsində qaliblər müəyyənləşib. Qızların şəxsi mübarizəsində qrup mərhələsini 3 qələbə ilə başa vuran Zərifə Hüseynova turnirin 8 ən güclü sablyaçısı sırasına yüksəlib. Zərif pley-offda amerikalı Lola Possik (15:8), bolqar Emma Neikova (15:4)…

