Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya birinciliyində yeniyetmə şpaqaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. Təmsilçilərimizdən qrup mərhələsini 2 qələbə ilə bitirən Nazilə Rəhimova və Azərin İdriszadə pley-offa yüksəlməyi bacarıb. Nazilə pley-offda özbəkistanlı şpaqaçı Şaxzoda Egamberdiyeva (11:15), Azərin İdriszadə isə yunan idmançı Andriana Teodoropoluya (10:15) uduzub. Qrup mərhələsini qələbəbsiz başa vuran Alfiya Abdinova və hesabında…

