Kişi şpaqaçılardan ibarət milli komandamızın üzvləri İsveçrənin Bern şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışını başa vurub. Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Fərrux Səfərov 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçrəli Lukas Malkottini 15:9 hesabı ilə məğlub edib. Səfərov növbəti görüşündə ABŞ şpaqaçısı Alen Hadziçə 10:15 hesabı ilə uduzub. Qrupda…

