Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən sablya üzrə Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.Turnirin son yarış günündə kişi və qadın iştirakçılar arasında komanda yarışında qaliblər müəyyənləşib. Qadın sablyaçıların yarışında Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Palina Kaspiaroviçdən ibarət komandamız ilk görüşündə Gürcüstanı təmsil edən seçmə kollektivə 45:43 hesabı ilə qalib gəlib. Komandamız ən güclü 8-liyə…