11 Апр

Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya birinciliyinin sonuncu günündə gənc şpaqaçıların komanda yarışına yekun vurulub. Nazilə Rəhimova, Azərin İdriszadə və Alfiya Abdinovadan ibarət komandamız Kolumbiya şpaqaçılarına 25:45 hesabı ilə uduzub. Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət kollektiv isə Argentina komandasına 42:45 hesabı ilə məğlub olub.

10 Апр

Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya birinciliyində yeniyetmə şpaqaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. Təmsilçilərimizdən qrup mərhələsini 2 qələbə ilə bitirən Nazilə Rəhimova və Azərin İdriszadə pley-offa yüksəlməyi bacarıb. Nazilə pley-offda özbəkistanlı şpaqaçı Şaxzoda Egamberdiyeva (11:15), Azərin İdriszadə isə yunan idmançı Andriana Teodoropoluya (10:15) uduzub. Qrup mərhələsini qələbəbsiz başa vuran Alfiya Abdinova və hesabında…

09 Апр

Bu gün Misirin paytaxtı Qahirədə gənclər arasında şpaqa üzrə şəxsi yarışda qaliblər müəyyənləşib. Qrup mərhələsində keçirdiyi bütün görüşləri (6 qələbə) qalib başa vuran Xalid Əliyev pley-off mərhələsində keçirdiyi ilk görüşdə finlandiyalı Akseli Heinama üzərində 15:12 hesablı qələbə qazanıb.Xalid 1/16 finalda çilili şpaqaçı Xorxe Valderramaya 12:15 hesabı ilə uduzub. Qrup mərhələsində 5 qələbə qazanan Ruslan Həsənov…

05 Апр

Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində gənclər arasında sablya üzrə komanda yarışında qaliblər müəyyənləşib. Murad Əkbərov,Saleh Məmmədov və Maqsud Hüseynlidən ibarət komandamız ilk görüşündə Braziliya komandasına 45:39 hesabı ilə qalib gəlib. Ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Ukraynanı təmsil edən kollektivə 39:45 hesabı ilə uduzan kişi…

04 Апр

Bu gün Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində ikinci yarış gününə yekun vurulub.Sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə 1/16 finalda Misir təmsilçisi Adel Eldokş (15:8) ardınca özbəkistanlı sablyaçı Jasmina Abdullayevanı (15:11)…

04 Апр

Bu gün yeniyetmələrin sablya yarışına yekun vurulub. Qrup mərhələsini 3 qələbə ilə başa vuran Murad Əkbərov 1/32 finalda polşalı Marsel Broniszevski (15:13), ardınca belaruslu İvan Nasennik (15:8) üzərində qələbə qazanmaqla 1/8 finala yüksəlib. Bu mərhələdə özbəkistanlı rəqibi Musa Aymuratovu (15:12) məğlub edən Murad 1/4 finalda rusiyalı sablyaçı Arseniy Şelekova 7:15 hesabı ilə uduzaraq dünya birinciliyində…

03 Апр

Bu gün Misirin paytaxtı Qahirə şəhərində yeniyetmə və gənclərin dünya birinciliyinə start verilib. İlk yarış günündə gənclər üzrə sablya yarışı keçirilib. Qılıncoynadanlarımızdan qızların yarışında Aysel Əhədova (4 qələbə), oğlanların mübarizəsində isə Maqsud Hüseynli (4 qələbə) və Murad Əkbərov (2 qələbə) qrup mərhələsini uğurla başa vuraraq pley-offa yüksəlib. Aysel Əhədova pley-offda Bolqarıstan idmançısı Beloslava İvanovaya 12:15…

19 Мар

Bu gün Rusiyanın Kazan şəhərində şpaqa üzrə Dünya Kubokunda şəxsi yarışa start verilib. Kişi şpaqaçıların şəxsi yarışının təsnifat mərhələsində 5 qılıncoynadanımız mübarizə aparıb.Şpaqaçılarımızdan Kənan Əliyev və Ruslan Həsənov təsnifat mərhələsinin pley-offuna yüksəlməyi bacarıb.Fərrux Səfərov,Barat Quliyev və Xalid Əliyev isə mübarizəni erkən dayandırıb.Pley-offda keçirdiyi ilk görüşdə ABŞ təmsilçisi Adam Zmislovskiyə 15:13 hesabı ilə qalib gələn Kənan…

14 Мар

Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən kişi və qadın sablyaçılar arasında Dünya Kubokunda komanda yarışlarında qaliblər müəyyənləşib. Mübarizəyə 1/16 finaldan başlayan Anna Başta,Valeriya Bolşakova,Səbinə Kərimova və Sevil Bünyatovadan ibarət komandamız qadın sablyaçıların komanda yarışında Rumıniya yığmasını 45:32 hesabı ilə məğlub edib.Qadın sablyaçılarımız ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə turnirin reytinq favoritlərindən…