06 Okt

Ölkəmizdə keçirilən 3-cü MDB Oyunlarının növbəti yarış günündə qılıncoynatmanın şpaqa növü üzrə oğlanların şəxsi yarışında mükafatçılar müəyyənləşib. Şpaqaçımız Mirxətai Məmmədov turnirin bürünc medalını qazanıb. Mirxətai finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada 14:15 hesabı ilə uduzub. Bu qılıncoynadanlarımızın 3-cü MDB Oyunlarında 6-cı bürünc medalıdır. Qılıncoynatma yarışlarına sabah oğlanların şpaqa və qızların sablya növü üzrə komanda yarışları ilə…

04 Okt

Bu gün 3-cü MDB Oyunlarında qılıncoynatmanın sablya növü üzrə oğlanlar və şpaqa növü üzrə qızlar arasında komanda yarışları keçirilib. Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət sablya millimiz və Aynur Quliyeva, Mirnuray Abasova, Nəzrin Mehdiyeva və Xədicə Həsənlidən ibarət şpaqa yığmamız komanda yarışlarında bürünc medala layiq görülüb.

03 Okt

Ölkəmizdə keçirilən 3-cü MDB Oyunlarında qılıncoynatmanın şpaqa növündə qızların şəxsi yarışında mübarizəyə start verilib. Gəncə İdman Sarayında keçirilən yarışda qrup mərhələsini 3 qələbə ilə başa vuran Mirnuray pley-offda Belarus təmsilçisi Aqata Tsarkovanı 15:12 hesabı ilə məğlub edərək ən güclü səkkizliyə yüksəlib. 1/4 finalda rusiyalı Anastasiya İlyuşenkonu 15:13 hesabı ilə mübarizədən kənarlaşdıran Mirnuray Abasova yarımfinala yüksəlməklə…

18 İyn

İtaliyanın Genuya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında növbəti yarış gününə yekun vurulub. Bu gün qılıncoynatmanın sablya növü üzrə qadınların komanda yarışında qaliblər müəyyənləşib. Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət komandamız ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Almaniya millisinə 43:45 hesabı ilə uduzub. Millimiz 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Yunanıstan yığmasına 42:45…

15 İyn

İtaliyanın Genuya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında ikinci yarış gününə start verilib. Qrup mərhələsində Lüksemburq, Norveç, Ukrayna və Avstriya təmsilçilərinə qalib gələn qılıncoynadanımız Ruslan Həsənov kişi şpaqaçıların şəxsi yarışında ən güclü 64-lüyə vəsiqə qazanıb. Ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Böyük Britaniya şpaqaçısı Ceyms Cilə 14:13 hesabı ilə qalib gələn Ruslan növbəti mərhələdə…

15 Apr

Çinin Usi şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində üçüncü yarış gününə yekun vurulub.Bu dəfə gənc oğlan və qız sablyaçıların komanda yarışında qaliblər müəyyənləşib. Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət sablya üzrə millimiz ilk görüşdə Polşa yığmasına 41:45 hesabı ilə məğlub olaraq mübarizəni erkən dayandırıb. Oğlan sablyaçılarımız ümumi sıralamada…

31 Mar

Misirin paytaxtı Qahirə şəhərində qılıncoynatmanın sablya növü üzrə qadın qıılıncoynadanlar arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub. Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət qadın sablyaçılardan ibarət millimiz komanda yarışında 12-ci olub. İlk görüşündə Hindistan yığmasını 45:29 hesabı ilə məğlub edən sablyaçılarımız ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Yaponiya seçmə kollektivinə 35:45 hesab…

09 Mar

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Yunanıstanın Heraklion şəhərində keçirilən Dünya Kubokunda 4-cü olub! Mübarizəyə 1/16 finaldan başlayan millimiz ilk görüşündə Sinqapur yığmasına 45:32 hesabı ilə qalib gəlib. Anna Başta, Zərifə Hüseynova, Palina Kaspiaroviç və Səbinə Kərimovadan ibarət kollektiv ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Macarıstan seçmə kollektivini 45:43 hesab ilə məğlub…

03 Mar

Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə gənclərin Avropa birinciliyinə yekun vurulub. Son yarış günündə şpaqa qızların və sablya oğlanların komanda yarışında qaliblər müəyyənləşib. Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət millimiz komanda yarışında 8-ci olub. İlk görüşündə İspaniya yığmasına 45:42 hesabı ilə qalib gələn millimiz ən güclü səkkizlikdə turnirin gümüş medalçısı Fransa…

03 Mar

Qılıncoynadanlarımız Bolqarıstanın Sofiya şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar. Murad Əkbərov, Maqsud Hüseynli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət komandamız Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 23 yaşadək sablyaçıların komanda yarışında ikinci yer tutub. İlk görüşündə İspaniya yığmasını 45:42 hesabı ilə məğlub edən sablyaçılarımız, ardınca Böyük Britaniya kollektivinə 45:37 hesabı ilə qalib gəlib. Sablya üzrə…