Bu gün Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə kişilərin komanda yarışında qaliblər müəyyənləşib. Kənan Əliyev, Ruslan Həsənov və Barat Quliyevdən ibarət kollektiv mübarizəyə 1/4 finaldan başlayıb. İlk görüşündə Birləşmiş Ərəb Əmirlikləri komandasını 45:33 hesabı ilə məğlub edən millimiz yarımfinalda Özbəkistan seçmə kollektivinə 45:32 hesabı ilə qalib gəlib. Kişi şpaqaçılarımız finalda…

