Bu gün Yunanıstanın paytaxtı Afina şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınların Dünya Kubokuna start verilib. İlk yarış günündə şəxsi yarışda təsnifat mərhələsindən ən güclü 64-lüyə yüksələn sablyaçılar müəyyənləşib. Səbinə Kərimova, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviç qrup mərhələsindən pley-offa yüksəlməyi bacarsa da, 64-lüyə vəsiqə qazana bilməyib. Səbinə Kərimova əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşlərdə…

