Estoniyanın paytaxtı Tallində qılıncoynatma üzrə 23 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilir. Şpaqada ölkəmizi təmsil edən Ruslan Həsənov, Barat Quliyev və Fərrux Səfərov şəxsi yarışda çıxışını başa vurub. Qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov pley-offda keçirdiyi ilk görüşdə macar Levente Bartkonu 15:14 hesabı ilə məğlub edib. Ruslan 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə…