Sablya üzrə milli komandamızın üzvləri Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən gənclərin Dünya Kubokunun mərhələ yarışında çıxışını başa vurub. Kişi sablyaçıların şəxsi yarışında Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədov qrup mərhələsini 2 qələbə ilə başa vurub. Təmsilçilərimizdən Murad Əkbərov və Maqsud Hüseynli əlavə göstəricilər nəzərə alınaraq pley-offa yüksəlməyi bacarıb. Saleh Məmmədov isə mübarizəni erkən dayandarıb….