Bu gün Misirin paytaxtı Qahirə şəhərində yeniyetmə və gənclərin dünya birinciliyinə start verilib. İlk yarış günündə gənclər üzrə sablya yarışı keçirilib.

Qılıncoynadanlarımızdan qızların yarışında Aysel Əhədova (4 qələbə), oğlanların mübarizəsində isə Maqsud Hüseynli (4 qələbə) və Murad Əkbərov (2 qələbə) qrup mərhələsini uğurla başa vuraraq pley-offa yüksəlib. Aysel Əhədova pley-offda Bolqarıstan idmançısı Beloslava İvanovaya 12:15 hesabı ilə uduzub. Maqsud Hüseynli isə pley-offda Aleksandru Zmauya (Rumıniya) 11:15 hesabı ilə məğlub olub. Murad Əkbərov pley-offda keçirdiyi ilk görüşdə kolumbiyalı rəqibi Londono Borondi üzərində 15:7 hesablı qələbə qazansa da, növbəti görüşündə rusiyalı Maqamed Xalimbekova 5:15 hesabı ilə uduzub. Gənc sablyaçıların mübarizəsində qüvvəsini sınayan Zərifə Hüseynova və Saleh Məmmədov isə qrup mərhələsini adlaya bilməyib.

Sabah yeniyetmə sablyaçıların mübarizəsinə start veriləcək.Zərifə Hüseynova,Maqsud Hüseynli,Murad Əkbərov və Saleh Məmmədov yeniyetmələr üzrə sablya yarışında iştirak edəcək.

Aprel 3, 2021

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir