Yeniyetmə oğlan sablyaçılarımız Türkiyənin İstanbul şəhərində keçirilən “Yıldızlar Kılıç Circuit” turnirində iştirak edib.
Təmsilçilərimizdən Ayxan Xasiyev, Nurlan Zeynallı və Murad Muradov qrup mərhələsini uğurla başa vuraraq pley-offa adlayıb.Ən güclü 16 sablyaçı sırasına yüksəlməyi bacaran Ayxan Xasıyev pley-offda keçirilən görüşlərdə Türkiyə və Yunanıstanı təmsil edən rəqiblərinə qalib gəlsə də 1/8 finalda türkiyəli Enes Talha Kalenderə 6:15 hesabı ilə uduzub.
Murad Muradov pley-offda rumıniyalı Dacian Enaçeyə (4:15), Nurlan Zeynallı isə türkiyəli Alkim Öztürkə (13:15) məğlub olub.
Qrupda 2 qələbəsi olan Abbas Hüseynov isə mübarizəni erkən başa vurub.
Komanda yarışında Türkiyənin 5-ci komandasına 44:45 hesabı ilə uduzan Ayxan Xasıyev,Murad Muradov və Nurlan Zeynallıdan ibarət seçmə kollektiv 9-10-cu yerlər uğrunda keçirilən görüşdə Danimarka komandasına 45:37 hesabı ilə qalib gəlib.
Noyabr 15, 2021

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir