Şpaqa üzrə milli komandamızın üzvləri Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən gənclərin Dünya Kubokunun mərhələ yarışında iştirak edib.
Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Barat Quliyev bu nəticə sayəsində birbaşa ən güclü 64-lüyə yüksəlib. Şpaqaçımız bu mərhələdə ukraynalı Roman Samoilova 8:15 hesabı ilə uduzub.
Qrup mərhələsini 2 qələbə ilə başa vuran Kənan Məlikzadə isə 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçrəli İan Hauriyə 9:15 hesabı ilə məğlub olub.
Qrupda 2 qələbəsi olan Fuad Qurbanov isə pley-offa yüksələ bilməyib.
Gənc şpaqaçılarımız komanda yarışında Səudiyyə Ərəbistanını təmsil edən seçmə kollektivə 22:45 hesabı ilə uduzub.
Dekabr 12, 2021