Qadınlardan ibarət sablya üzrə milli komandamız Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edir. Yarışın ilk günündə şəxsi yarışda təsnifat mərhələsinin görüşləri keçirilib.

Anna Başta reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulacaq. Digər təmsilçilərimizdən Səbinə Kərimova və Sevil Bünyatova da final mərhələsinə yüksəlməyi bacarıb. Qrup mərhələsini adlayan Səbinə Kərimova əsas mərhələyə yüksəlmək uğrunda keçirilən ilk görüşdə Rusiya təmsilçisi Valeriya Kobzevaya (15:10) ardınca isə fransalı Margo Gimalaca (15:13) qalib gəlib.

Pley-offa yüksəlməyi bacaran Sevil Bünyatova isə qrupda qazandığı qələbələrin sayına görə əsas mərhələyə yüksəlmək uğrunda cəmi bir görüş keçirib. Sevil Mariella Vialeyə (İtaliya) 15:5 hesabı ilə qalib gələrək minimum vəzifənin öhdəsindən gəlib.

Yanvarın 16-da keçiriləcək əsas mərhələnin görüşlərində Anna Başta Lusia Martin (İspaniya), Sevil Bünyatova Teodara Kakhiani (Gürcüstan), Səbinə Kərimova isə Olqa Nikitina (Rusiya) ilə qarşılaşacaq.

Zərifə Hüseynova və Palina Kaspiaroviç pley-offda, Aysel Əhədova isə qrup mərhələsində mübarizəni dayandırıb.

Yanvar 14, 2022