Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində qılıncoynatmanın şpaqa növü üzrə yarışlar davam edir.Bu gün yeniyetmə qız şpaqaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.

Təmsilçilərimizdən Aynur Quliyeva (4 qələbə), Xədicə Həsənli (4 qələbə) və Nazilə Rəhimova (4 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib.
Yeniyetmə qız şpaqaçılarımız 32-liyə yüksəlmək uğrunda keçirilən görüşlərdə uduzub. Nazilə Rəhimova İtaliya təmsilçisi Alleqra Kristofolettoya 12:15 hesabı ilə uduzub. Aynur Quliyeva Emili Konrada (Ukrayna) 8:15 hesabı ilə məğlub olub. Xədicə Həsənli isə bolqar Mixaela Stefanova ilə görüşdən məğlub ayrılıb – 6:15.
Aprel 9, 2022