Qılıncoynatmanın sablya növü üzrə kişilərdən ibarət milli komandamızın üzvləri İran İslam Respublikasının İsfahan şəhərində keçirilən “Sarhangpour FIE satellite” beynəlxalq turnirində çıxış edib.

Kişi sablyaçılarımızdan Saleh Məmmədov ən güclü 8-liyə yüksəlməyi bacarıb. Saleh bürünc medalın bir addımlığında turnirin finalçısı Məhəmməd Rahbariyə (İran) 10:15 hesabı ilə uduzub.

Ən güclü 16-lıqda yer alan Maqsud Hüseynli isə 1/4 finala yüksəlmək uğrunda keçirilən görüşdə Fərzad Baher Arasbarana (İran) 7:15 hesabı ilə uduzub.

Ayxan Xasyev və Murad Əkbərov isə ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olub.
Sentyabr 5, 2022