Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Zərifə Hüseynova Boqarıstanın Sofiya şəhərində keçirilən “Etropolski” turnirində qızıl medal qazanıb.
Qrupda keçirdiyi 6 görüşü mütləq nəticə ilə başa Zərifə, finala gedən yolda Böyük Britaniya, Macarıstan,Yunanıstan,Türkiyə və Polşanı təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Bolqarıstan sablyaçısı Mariela Georgievanı 15:11 hesabı ilə məğlub edərək 23 ölkədən 213 iştirakçı arasında turnirin qalibi adını qazanıb.
Noyabr 21, 2022