İtaliyanın Genuya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında növbəti yarış gününə yekun vurulub.
Bu gün qılıncoynatmanın sablya növü üzrə qadınların komanda yarışında qaliblər müəyyənləşib.
Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət komandamız ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Almaniya millisinə 43:45 hesabı ilə uduzub. Millimiz 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Yunanıstan yığmasına 42:45 hesabı ilə məğlub olub. Komandamız 11-ci yer uğrunda keçirilən görüşdə Böyük Britaniya sablyaçılarına 45:31 hesabı ilə qalib gəlib.
İyun 18, 2025

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir