Sablya üzrə qadınlardan ibarət yığma komandamız Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışını başa vurub.

Səbinə Kərimova,Anna Başta,Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət yığmamız qadın sablyaçıların komanda yarışında 14-cü olub.İlk görüşündə Honkonqa 45:32 hesabı ilə qalib gələn sablyaçılarımız, ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Fransanı təmsil edən seçmə kollektivə 42:45 hesabı ilə uduzub.Komandamız 13-16-cı yerlər uğrunda görüşdə Rumıniyaya 45:40 hesabı ilə qalib gəlsə də, 9-cu yer uğrunda görüşdə Ukraynaya 40:45 hesabı ilə məğlub olub. Sablyaçılarımız 13-14-cü yerlər uğrunda görüşdə Almaniya komandasına 40:45 hesabı ilə məğlub olaraq yekun sıralamada 24 komanda arasında 14-cü olub.

Mart 9, 2021

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir