
Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya birinciliyinin sonuncu günündə gənc şpaqaçıların komanda yarışına yekun vurulub.
Nazilə Rəhimova, Azərin İdriszadə və Alfiya Abdinovadan ibarət komandamız Kolumbiya şpaqaçılarına 25:45 hesabı ilə uduzub.
Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət kollektiv isə Argentina komandasına 42:45 hesabı ilə məğlub olub.