
Sablya üzrə milli komandamızın üzvü Anna Başta Tokioda keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
İlk görüşündə ABŞ təmsilçisi Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbə qazanan Anna olimpiadanın ən güclü 16 qadın sablyaçısı sırasına yüksəlib. Sablyaçımız növbəti görüşünü rusiyalı Olqa Nikitinaya qarşı keçirib. Başta rəqibinə 13:15 hesabı ilə uduzub.