Yeniyetmə şpaqaçımız Xədicə Həsənli Serbiyanın paytaxtı Belqradda keçirilən “European Cadet Circuit” beynəlxalq turnirində qız şpaqaçıların şəxsi yarışında 165-dən çox iştirakçı arasında 8-ci olub.

Qrup mərhələsini uğurla adlyan Xədicə ilk pley-off görüşündə qrupu 5 qələbə ilə başa vuran digər şpaqaçımız Nazilə Rəhimova ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüş Xədicənin 15:14 hesablı qələbəsi ilə başa çatıb. Turnirin 1/4 finalına kimi irəliləməyi bacaran Xədicə ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən görüşlərdə Ukrayna və Macarıstandan olan rəqiblərinə qalib gəlib. Şpaqaçımız bürünc medalın bir addımlığında macar şpaqaçı Qreta Qaçalyiyə 9:15 hesabı ilə uduzub.

Qrup mərhələsini 4 qələbə ilə başa vural Alfiyə Abdinova pley-offda Rusiya idmançısına uduzub. Qrupda 1 qələbəsi olan Aynur Quliyeva isə mübarizəni erkən dayandırıb.
Qız şpaqaçılarımız komanda yarışında Macarıstanın 2-ci komandasına 31:45 hesabı ilə uduzub.

Yeniyetmə oğlan şpaqaçılarımız da Serbiyanın paytaxtı Belqradda keçirilən “European Cadet Circuit” beynəlxalq turnirində çıxışını başa vurub. Şəxsi yarışda Orxan Həsənli 5, Raul Aruslanov 4, Cəmil Hidayətov isə 2 qələbə ilə qrup mərhələsini adlayaraq pley-offa yüksəlib. Hər üç şpaqaçımız pley-offda keçirdiyi ilk görüşdə məğlub olub.

Oğlan şpaqaçılarımız komanda yarışında keçirdiyi ilk görüşdə Yunanıstanın 4-cü komandasına 45:28 hesabı ilə qalib gəlsə də, növəbti qarşılaşmada Rumıniya komandasına 39:45 hesabı ilə uduzub.

kenan kenan
October 24, 2021

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish