Yeniyetmə qılıncoynadanlar arasında Bakı birinciliyinə yekun vurulub. Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən turnirdə sablya, şpaqa və rapira üzrə 2005-2009 təvəllüdlü oğlan və qızlar arasında qaliblər müəyyənləşib.
Sablya.Oğlanlar (16 iştirakçı) – 1.Ayxan Xasıyev,2.Abbas Hüseynov,3.Rəsul Əliyev,Murad Muradov.
Sablya.Qızlar (20 iştirakçı) – 1.Fidan Quliyeva,2.Telli Cəfərova,3.Alla Həsənova,Təranə Məmmədli.
Şpaqa.Oğlanlar (23 iştirakçı) – 1.Raul Aruslanov,2.Səid Əliyev,3.Orxan Həsənli,Mirxətai Məmmədov.
Şpaqa.Qızlar (22 iştirakçı) – 1.Nazilə Rəhimova,2.Xədicə Həsənli,3.Alfiyə Abdinova,Nəzrin Mehdiyeva.
Rapira.Oğlanlar (11 iştirakçı) – 1.Məhəmməd Nuriyev,2.Ramal Cəfərzadə,3.İsmayıl Ələkbərzadə,Ömər İsmayılov.
Rapira.Qızlar (11 iştirakçı) – 1. Kamilla Məmmədova,2.Ameliya Məmmədova,3.Məryəm Qafarbəyli,Fidan Hüseynova.
Azərbaycan Qılıncoynatma Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.