Macarıstanın paytaxtı Budapeşt şəhərində sablya üzrə gənclər arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.
Oğlan sablyaçıların yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Maqsud Hüseynli 32-liyə yüksəlmək uğrunda turnirin qalibi, Almaniya idmançısı Kolin Hizkoka 6:15 hesabı ilə uduzub.
Qrupu 3 qələbə ilə bitirən Saleh Məmmədov və Murad Əkbərov 64-lüyə yüksəlmək uğrunda müvafiq olaraq Almaniya və Türkiyə təmsilçiləri ilə qarşılaşıb. Saleh Məmmədov Almaniya idmançısı Robet Piçaya 8:15, Murad Əkbərov isə türkiyəli Öztürk Alkimə 13:15 hesabı ilə məğlub olub.
Qızların yarışında qrupda 2 qələbəsi olan Sofiya Mamina mübarizəni erkən dayandırıb.