Sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Dünya Kubokunda turnirin finalçısına uduzaraq 15-ci olub.
Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə ilk görüşündə Bolqarıstan təmsilçisi Emma Neikovanı 15:14 hesabı ilə məğlub edib. Ən güclü 16-lığa yüksələn qılıncoynadanımız burada turnirin gümüş mükafatçısı, ABŞ sablyaçısı Atara Qreenbauma 13:15 hesabı ilə uduzub.
Yeniyetmə sablyaçımız gənclərin Dünya Kubokunda yekun sıralamada 100-ə yaxın iştirakçı arasında 15-ci sırada qərarlaşıb.
kenan kenan
February 6, 2022
en_USEnglish