
Bu gün Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınların komanda yarışında qaliblər müəyyənləşib.
Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Sevil Bünyatovadan ibarət kollektiv yarımfinalda İran yığmasına 45:22 hesabı ilə qalib gəlib.
Millimiz finalda Özbəkistan seçmə kollektivini 45:34 hesabı ilə məğlub edərək 5-ci İslam Həmrəyliyi Oyunlarının qızıl medallarını qazanıb.