Bu gün Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə kişilərin komanda yarışında qaliblər müəyyənləşib.
Kənan Əliyev, Ruslan Həsənov və Barat Quliyevdən ibarət kollektiv mübarizəyə 1/4 finaldan başlayıb. İlk görüşündə Birləşmiş Ərəb Əmirlikləri komandasını 45:33 hesabı ilə məğlub edən millimiz yarımfinalda Özbəkistan seçmə kollektivinə 45:32 hesabı ilə qalib gəlib.
Kişi şpaqaçılarımız finalda İran yığmasını 45:35 hesabı ilə məğlub edərək İslamiadanın qızıl medallarını qazanıb.