Türkiyənin İstanbul şəhərində qılıncoynatmanın şpaqa növü üzrə gənclər arasında Dünya Kubokunda mərhələ yarışına yekun vurulub.
Təmsilçilərimizdən qız şpaqaçıların şəxsi yarışında yalnız Nazilə Rəhimova pley-offa yüksəlməyi bacarıb. Qrupda 3 qələbəsi olan Nazilə pley-offda fransalı Elea Jouveyə 10:15 hesabı ilə uduzub. Xədicə Həsənli və Azərin İdriszadə isə qrup mərhələsini adlaya bilməyib.
Qızların komanda yarışında ilk görüşdə Honkonqa 45:20 hesabı ilə qalib gələn şpaqaçılarımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Polşa yığmasına 18:45 hesabı ilə məğlub olub.